"Tesla" və "SpaceX"in yaradıcısı İlon Maskın sərvəti 2027-ci ilə qədər 1 trilyon dolları keçə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Informa Connect Academy" analitik şirkətinin hesabatında deyilir

Məlumata görə, Maskın sərvəti indi demək olar ki, 240 milyard dollar qiymətləndirilir.

Şirkət öz təhlilində Maskın sərvətinin son illərdə illik orta hesabla 110% artdığını fərz edir.  

Qeyd edək ki, 53 yaşlı Mask hazırda dünyanın ən varlı adamıdır.

 

Gözəl Həşimova