Hindistan plastik çirklənməyə görə dünyada birinci yerdədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Lids Universitetinin alimləri süni intellektdən istifadə edərək plastiklə ən çox zibillənmiş ölkəni müəyyən ediblər.

Britaniyalı tədqiqatçılar indiyə qədər yaradılmış polimer tullantılarının paylanmasının ən ətraflı qlobal modelini tərtib ediblər.

Alimlərin fikrincə, hər il tullantıların təmizlənməsi sistemindən təxminən 52 milyon ton plastik keçir. Hindistan sakinləri ildə 9,3 milyon ton polimer tullantılarını ətraf mühitə atırlar. Nigeriya və İndoneziya müvafiq olaraq ikinci və üçüncü yerdədir.

 

Gözəl Həşimova