"Xalq Kapital İnvestisiya Şirkəti"nin 2024-cü ilin yanvar-iyul aylarında “Bakı Fond Birjası”nda (BFB) apardığı əməliyyatların həcmi 74 əqd üzrə 274,16 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 34,1% və ya 141,8 milyon manat azalıb. Belə ki, 2023-ci ilin ilk səkkiz ayında "Xalq Kapital”ın dövriyyəsi 415,9 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin bu dövrdə bağladığı əqdlərin sayı 156-dan 74-ə enib.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.