Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

İqtisadiyyat.az xəbər verir ki, müğənni yayımladığı videomüraciətində saxlanılması barədə Rusiyanın "ВЧК-ОГПУ" Teleqram kanalının yaydığı məlumatı təkzib edib.

O, hazırda Moskvada olduğunu bildirib və əlavə edib ki, aprelin 10-dan sonra Azərbaycana qayıdacaq.

***

14.59

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Rusiyanın paytaxtı Moskva şəhərində qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

İqtisadiyyat.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.