Rusiyanın keçmiş sanitar həkimi, Duma deputatı Qennadi Onişenko Rusiya bazarının gürcü çaxırı üçün bağlanmasının fəsadlarından danışıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, gürcü çaxrının Rusiyaya satışına qadağa qoyulmasının ağır fəsadlar törədəcəyini deyib.

“Əgər biz bunu indi qadağan etsək, Gürcüstan iqtisadiyyatı çökəcək və heç bir ABŞ-da buna yardımçı ola bilməyəcək”.