Sinə Xəstəlikləri Mütəxəssisi türkiyəli dr. Sevda Özdoğan, 2000-ci ildən bu yana dünyada vərəmlə mübarizədə 54 milyon insanın xilas olduğunu  ifadə edərək, xəstəliyin 2030-cu ildə bitirilməsinin hədəfləndiyini deyib.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, Dünya Vərəmlə Mübarizə Həftəsində çıxış edən dr. Özdoğan, “əvvəllər həyat itkisinin yüksək olmasına baxmayaraq, müasir müalicə metodları ilə vərəmlə əlaqəli ölümlər azalıb.

Dünyada və Türkiyədə illər ötdükcə vərəm xəstəliyinin azalmağa davam etdiyini deyən  Özdoğan, "Dünyada 2000-ci ildən bəri həyata keçirilən mübarizə ilə 54 milyon həyat qurtarılıb və 2030-cu ildə bu xəstəliyi bitirmək hədəfə alınıb" - deyə ifadə edib.

Türkiyəli həkim sözügedən xəstəliyin yayılma statistikasının bölgələrə görə dəyişdiyini və dünya üzrə göstəricilərin 2/3-nin Hindistan, Çin, İndoneziya, Pakistan kimi Asiya ölkələri və Cənubi Afrikada qeydə alındığını bildirərərək, Amerika və Avropada çox az görüldüyünü söyləyib.


Mehman Nəbiyev