Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,75 faiz səviyyəsində saxlanılmasına qərar verib.
Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, faiz dəhlizinin aşağı həddi 6,25 faiz dərəcəsində, faiz dəhlizinin yuxarı həddi isə 9,25 faiz səviyyəsində saxlanılıb.