Uzun illər dünya liderləri tərəfindən müzakirə edilən qlobal istiləşmənin insan həyatına və gələcək nəsillərə təsirini göstərən hadisə ötən gün baş verib.

İqtsadiyyat.Az virtualaz.org-a istinadən xəbər verir ki, mövsümə xas olmayan fırtına və dolunun gözlənilməz şəkildə meydana çıxdığı hadisə Meksikada yaşanıb. 30 dərəcə isti müşahidə olan Quadalaxara şəhərində qəfildən başlayan dolu fırtınası həyatı iflic edib. Bir neçə dəqiqə ərzində şəhərə 1,5 metr hündürlüyündə buz yağıb.

5 milyon insanın yaşadığı Quadalaxara şəhərində bir anda baş verən fırtınadan əhali başını itirib. Şəhərin altı məhəlləsi qalın buz təbəqəsi ilə örtülüb. Buzun qalınlığı bəzi yerlərdə 1,5 metrə çatıb. Bir sıra nəqliyyat vasitələri buzun altına qalıb, evlərin damları zədələnib.