6 iyul 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105021882 ISIN-li, 20 milyon  manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 99.0762 AZN (6.5000%) və 101.2175 AZN (5.3500%)  olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (6.0000%), orta ölçülmüş qiyməti 100.1608 (5.9135%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77 milyon 666 min 700  manat yerləşdirilmiş həcmi isə 30 milyon  manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 4 iyul 2023-cü  il.

Hərrac iştirakçıları 7 iyul 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.