Yerli vaxtla saat 18:18-də Yeşilyurtda 4,2 bal gücündə daha bir zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 9,13 kilometr dərinliyində qeydə alınıb.

Əlavə məlumat verilməyib.

*** 18:14

"Malatyanın Yeşilyurt rayonunda  bir-birinin ardınca saat 16:39-da 4.8 və saat 16:40-da 4,5 bal gücündə iki zəlzələ baş verib. Hazırda heç bir neqativ hal yoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.

"Ərazidə işlər davam edir. Malatyalı həmvətənlərimə ən xoş arzularımı bildirmək istəyirəm", - Y.Sezer qeyd edib.

*** 18:03

"Malatyanın Yeşilyurt rayonunda saat 16:39-da meydana gələn 4.8 bal gücündə zəlzələ ilə bağlı başda AFAD olmaqla əlaqədar qurum və təşkilatlarımızla birlikdə müvafiq işlərə başlanılıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

"Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun", - nazir qeyd edib.

*** 17:58

Türkiyənin Malatya vilayətində daha bir zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ vilayətin Yeşilyurt rayonunda 4.5 bal gücündə olub. Zəlzələ yerli vaxtla saat 16:40-da baş verib.

Zəlzələnin dərinliyi 7 km olub, təlafat və dağıntı barədə məlumat verilməyib.

*** 17:53

Türkiyənin Malatya vilayətində zəlzələ baş verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Məlumata görə, zəlzələ vilayətin Yeşilyurt rayonunda 4,8 bal gücündə olub.

Zəlzələ yerin 6,35 km dərinliyində baş verib. 

Zəlzələ nəticəsində fəsadların olub-olmaması ilə bağlı məlumat yoxdur.