"Louis Vuitton" "Tiffany"ni 16.3 milyard dollara satın aldı

Fransanın nəhəng lüks məhsullar istehsalçısı "Moet & Hennessy - Louis Vuitton" (LVMH), ABŞ-ın ləl-cəvahirat şirkəti "Tiffany & Co."nu 16.3 milyard dollara satın alaraq lüks istehlak sektorundakı ən böyük razılaşmaya imza atıb.
"Louis Vuitton" bu gün yaydığı açıqlamada ABŞ-ın ləl-cəvahirat şirkətininin bir səhminə 135 dollar ödəməklə satınalma üçün razılaşdığını bildirib.

"Bloomberg Intelligence"in analitiki Deborah Aitken bu razılaşma ilə LVMH-nin lüks ləl-cəvahiratda qlobal bazar lideri olacağını bildirib.

Oktyabr ayında şirkətin satınalma üçün danışıqlara başladığı barədə xəbərlər yayılmışdı.

Ləl-cəvahirat şirkətinin ABŞ və Asiyadakı satışları son dövrdə ABŞ - Çin ticarət müharibəsi kimi müxtəlif faktorlar səbəbilə düşmüşdü. "Tiffany"nin səhmləri razılaşma olacağı xəbərilə Cümə günü yüksələrək 125.51 dollardan bağlanmışdı.

LVMH 2011-ci ildə İtalyanın məşhur ləl-cəvahirat markası "Bvlgari"ni 3.7 milyard avroya satın almışdı.

marjaaz1574672984luis.jpg marjaaz1574672984tif.jpg