Birinci dəfədir ki, Forbes jurnalı Instagramda ən varlı Rusiyalı bloggerlər üzrə reytinq tərtib edib. Hamıdan çox qazanan isə aparıcı Kseniya Sobçak olub.

Onun adıçəkilən resurdan, reklamlar üzrə əldə etdiyi gəlirin miqdarı 1,6 milyon dollar qiymətləndirilir.

İqtisadiyyat.az xəbər verir ki, reytinqin ikinci pilləsində isə “Orel və reşka” proqramının aparıcısı Reqina Todorenko olub, onun qazancı isə $0,86 milyondur.

Müğənni, biznesvumen, TNT ulduzu Olqa Buzova Forbesin qiymətləndirməsində üçüncü yerdə qərarlaşıb. Amma onun bu platformadan qazancı isə Reqina Todorenko ilə eyni olub. $0,86 milyon. Dördüncü yerdə isə avtomobil bloggeri Alan Enileev qərarlaşıb.

TOP 5-liyi isə populyar müğnni Polina Qaqarina bağlayıb. Onu isə Elene Temnikova, Həbib Nurmaqomedov izləyib.

©Facemark.az