"Kovid-19" adı verilən koronavirusun müalicəsi ilə bağlı əsaslı addımlar atılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Kovid-19-un insan bədəninin hüceyrələrinə yayılmasına səbəb olan proteinin tərkibi öyrənilib. Bunun isə virusun bədəndə yayılmasına qarşı hazırlanması planlaşdırılan müalicə metodlarının inkişaf etdirilməsində müsbət təsir göstərəcəyi bildirilib. Mütəxəssislərin sözlərinə görə, son təcrübələr koronavirusa qarşı peyvəndin hazırlanması prosesinin sürətlənməsinə səbəb olub. Qeyd edək ki, bugünə qədər "Kovid-19" səbəbilə 2 min 129 nəfər dünyasını dəyişib. 75 mindən çox insan isə məlum virusun daşıyıcısıdır.