Dünyanın ən böyük mobil texnologiyalar sərgisi Mobil Dünya Konqresi 2020 (Mobile World Congress - MWC), koronavirus epidemiyasından qaynaqlanan narahatlıq səbəbilə ləğv edilib.

Fins.az xəbər verir ki, təşkilatçılar, İspaniyanın Barselona şəhərində keçirilməsi planlaşdırılan sərginin keçirilməsinin "qeyri-mümkün" olduğunu açıqlayıb. 

Mobil Dünya Konqresi, bu sektorda dünyanın ən böyük sərgisidir və dünyanın dörd bir tərəfindəki mobil operatorları, cihaz istehsalçılarını, texnologiya təminatçılarını, satıcıları və məzmun sahiblərini bir yerə toplayır.