Andorrada ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Oxu.Az xəbər verir ki, məlumat ölkə rəhbərliyi tərəfindən “Twitter”də təsdiqlənib.

Bildirilir ki, virus bir neçə gün öncə Milan şəhərindən ölkəyə qayıdan 20 yaşlı oğlanda aşkar edilib.

Təyyarədə koronavirusa yoluxmuş şəxsə yaxın əyləşmiş iki nəfər də evlərində karantinə götürülüb.