Düzgün şəraitdə saxlanılmayan kartof yaşıllanıb cücərərsə zəhərləyib öldürə bilər. Dietoloq Bəyaz Köse, “Kartof yedikdən sonra mədə bulanması, boğaz yanması və baş ağrısı başladısa dərhal həkim müraciət edin” deyə xəbərdarlıq edib.

Süfrələrin əvəzolunmaz tərəvəzi olan kartof, tərkibindəki zülallar sayəsində doyma hissinə təsir edərək həzm sisteminə kömək edir. C və B vitaminləri, kalium mineralı ilə də enerji verir. Ancaq kartofun faydaları ilə yanaşı, zərərləri də həyati önəm daşıyır. İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, dietoloq Bəyaz Köse, “İnsan orqanizmi üçün təsirləri olan kartofun yığımından sonra anbarda saxlama şəraitindəki pozuntulara görə, zəhərləyə hətta öldürə də bilər. Bitkilər, göbələklər, böcəklər kimi xarici faktorlardan özlərini qorumaq üçün toksik məhlullar xaric edirlər. Yığım və salanılma zamanı baş verən xətalarda(anbarın istiliyi, yığım və daşınılan zaman mexaniki yaralanma, nəmlik, havalandırma və zərərli böcəklər)bu toksik maddələrin artmasına səbəb olar və insan həyatını təhlükəyə atar. Kartofun tərkibində də kimyəvi maddələrdən solanin məhlulu var” deyib.

Tarladan yığım və anbara yığılan zamanı xətalar səbəbilə solanin miqdarının arta bildiyini vurğulayan dietoloq Bəyaz Köse bunları söyləyib: “Günəş şüası altında ya da rütubətli yerdə saxlanan kartofda solanin miqdarı artır. Solaninin miqdarı artması, xlorofil sintezinə siqnal verərək, kartofun sarıdan yaşıla dönməsinə yol açır. Solaninin miqdarı artdıqca yaşıllanma ilə yanaşı zəhərlənmə də yaranır. Bu səbəbdən üzərində yaşıl ləkələr olan kartofun istehlakından qaçmaq lazımdır. Kartof quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır. Solanin zəhərlənməsinin göstəriciləri mədə bulanması, boğaz yanması, baş ağrısı və başın fırlanmasıdır. Buna görə də kartofları günəş şüası altında çox saxlamamağa, yaşıllanma gördükdə istehlak etməməyə, bazarda, marketdə alış-veriş zamanı tək-tək yoxlayıb yaşıl ləkələr olan kartofu almamalısınız. Əgər diqqətsiz olaraq yaşıl ləkəli kartof yemisinizsə və özünüzdə sadaladığımız hallar baş verirsə, təcili həkimə müraciət edin. Ramazan süfrələri baxımında da kartoflu yeməkləri 3-4 gündən artıq saxlamayın”.

 

Mehman Nəbiyev