İki norveçli turist gecə saatlarında Venesiyada kanalda çimdikləri üçün hər biri 450 avro məbləğində cərimə edilib.

Publika.az xəbər verir ki, turistlərin Rio-di-Kannareco kanalında çimməsini şəhər polisləri görüb və onları sudan çıxarıb. Həmin turist xanımlara şəhərindən uzaqlaşmaq əmr edilib.

Polis 28 yaşlı gənc turist qızların Berqen şəhərindən olduqlarını söyləyib.