Kanadanın Britaniya Kolumbiyası əyalətində rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeraltı təkanların episentri yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ ətraf bölgələrdə də hiss edilib. Tələfat və dağıntı barədə məlumat yoxdur.