Şimali Afrikadan gələn istilər Fransada 37 dərəcə temperatura səbəb olub. Ölkənin böyük bir hissəsində hökm edən istilər fransızların yaşam tərzinə çox təsir edib. Xüsusilə də paytaxt Paris sakinləri sərinləmək üçün müxtəlif üsulları sınaqdan keçiriblər. İsti səbəbilə kafelər və küçələr boş qaldığı halda, əksər parislilər Eyfel qülləsinin ətrafındakı bələdiyyə hovuzlarına giriblər.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, digər tərəfdən uşaq bağçalarının və orta məktəblərin tətil etməsi ilə bağlı Milli Təhsil Nazirliyinə müraciət edilib. Milli Təhsil Nazirliyi bəzi direktor və valideynlərin istəkləri ilə məktəblərin isti havalarda fəaliyyət göstərmələri üçün uyğun dizayna salındığını desə də, əksər müəllimlər şagirdlərin məktəbin həyətində üzlərinə su vuraraq sərinlədiklərini bildirib. Valideynlər isə infrastrukturun bu məsələdə kifayət etmədiyini deyiblər.

Qeyd edək ki, əvvəlki illərdə Fransada aşırı istilərdən əksəriyyəti 90 yaşdan yuxarı olan çoxlu sayda insan həyatıı itirmişdi.