İstanbul Hava Limanının açılışı ilə birgə ticari uçuşlara bağlanan Atatürk limanında qalan istismarı bitən və xarab olmuş 10 təyyarə havadan görüntülənib. İqtisadiyyat.Az "İxlas" xəbər agentliyinə istinadən məlumat verir ki, təyyarələrin sahibləri tərəfindən götürülmədiyi təqdirdə, hərracla satılacağı bildirilir. Bəziləri isə həmin təyyarələrin kafe olaraq dizayn edilə biləcəyini söyləyirlər. Havadan görüntülənmə zamanı təyyarələrin bir çoxunun xarici hissələrinin töküldüyü görünür. Qanad hissələrində isə ciddi zədələr olduğu nəzərə çarpır. Pəncərələrin və motorların isə tamamilə sökülmüş vəziyyətdə olduğu qeyd olunur.