HƏMAS 7 oktyabr hücumlarının ildönümündə Təl-Əvivə raket zərbəsi endirib.

İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunub ki, mühasirəyə alınan Qəzzadan İsrailə onlarla raketlər atılıb. Nəticədə iki nəfər yaralanıb. 

HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadaları İsrailin paytaxtı Təl-Əvivə raketlərlə hücum etdiyini təsdiqləyib.