Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.

İqtisadiyyat.az bu barədə “The Daily Telegraph”a istinadən xəbər verir.

Məlumata görə, Böyük Britaniyada 745 min qeyri-qanuni mühacir yaşayır ki, bu da 300 minə yaxın qeyri-qanuni miqrantın olduğu Fransadan təxminən iki dəfədən çoxdur. Bu göstəriciyə görə ikinci yeri 700 min qanunsuz miqrantın yaşadığı Almaniya tutur.

İlin əvvəlindən Böyük Britaniyaya 26 min 600 qeyri-qanuni mühacir gəlib.

Böyük Britaniyada qeyri-qanuni miqrasiya problemi ölkənin Avropa İttifaqından çıxmasından sonra daha da güclənib.

 

Gözəl Həşimova