"Biləsuvar Quşçuluq" ASC-nin qanuni təmsilçisi (direktoru) dəyişdirilir.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

ASC-nin qanuni təmsilçisinin (direktorun) dəyişdirilməsi ilə ədaqədar səhmdarların növbədənkənar yığıncağı keçiriləcək.

Yığıncaq noyabrın 8-nə təyin olunub.

Qeyd edək ki, "Biləsuvar Quşçuluq" ASC 1998-ci ildə qeydiyyata alınıb. 788242 manat nizamnamə kapitalına malik olan ASC-nin hazırda qanuni təmsilçisi Şiriyev Elməddin Habil oğludur. Şirkət bir neçə ildir “Nilay” adı altında toyuq və toyuq məhsullarının istehsalı və satışı ilə məşğuldur