Çinin valyuta ehtiyatları sentyabrda 3 trilyon 316 milyard dollara yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Dövlət Valyuta Klirinq İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkənin valyuta ehtiyatları avqust ayı ilə müqayisədə 28,2 milyard dollar artıb.

Açıqlamada valyuta ehtiyatlarının sentyabrda 0,86 faiz artdığı qeyd edilib.

 

Gözəl Həşimova