Ölkə başçısı İlham Əliyev bu gün bir qəsəbə və səkkiz kəndin işğaldan azad edildiyini açıqladı.

İlk dəfə Xocavənd rayonundan hansısa ərazi işğaldan azad edildi. Söhbət 26 noyabr 1991-ci ilədək ayrıca rayon olmuş, sonradan Xocavənd rayonunun tərkibinə qatılmış Hadrut qəsəbəsi və Sur kəndindən gedir.

Bu gün alınan həmin ərazilərin hansı rayonlara aid olduğunu təqdim edirik.

- Hadrut qəsəbəsi, Sur kəndi (hər ikisi Xocavənd rayonu);

- Yuxarı Güzlək, Gorazıllı kəndləri (hər ikisi Füzuli rayonu);

- Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı kəndləri (hamısı Cəbrayıl rayonu).

Qeyd edək ki, Azərbaycan ordusu indiyədək düşməndən 34 ərazini işğaldan azad edib. Bunların arasında Cəbrayıl şəhəri də var. Oxu.az