İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.

İqtisadiyyat.Az “Report”a istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.

Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb.

Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan  4-nün öldüyü təsdiqlənib. 

Xatlrladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin öldüyünü açıqlamışdı.