İranda koronavirusa yoluxanların sayı 47 nəfərə, dünyasını dəyişənlərin sayı isə 12 nəfərə çatıb.
Yeniavaz.com
 xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Səid Nəmək məlumat verib.
Qeyd edək ki, bundan əvvəl səlahiyyətlilər İranda koronavirusa yoluxma hallarının sayının 43-ə çatdığını, 8 ölüm hadisəsinin qeydə alındığını bildirmişdilər. Koronavirusdan ölüm halları Qum və Mazandaran əyalətlərində qeydə alınıb.