İranın cənubunda iri qaz yatağı aşkar edilib.

Redaktor.az xəbər verir ki, 1 trilyon kub metr ehtiyatlara malik olan yataq yerin 3900 kilometr dərinliyində yerləşir. Məlumata görə, qaz ehtiyatları paytaxt Tehranın 16 illik ehtiyacını qarşılaya bilər.

Rəsmi dairələr yaxın günlərdə axtarışların nəticələri barədə ətraflı məlumat yayacaq.