İranın Hörmüzgan vilayətində rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, yeraltı təkanlar Kuherd şəhərində yerin 10 kilometr dərinliyində yerləşib. İran dövlət televiziyasının məlumatına görə, dağıntı və tələfat qeydə alınmayıb.