İranda yeni koronavirusun yayılması ilə dezinfeksiya məhsullarının istehsalı 7-8 dəfə artıb.

Redaktor.az-ın məlumatına görə, bunu İranın Tibbi, Stomatoloji, Laboratoriya Avadanlıqları və Dərman Preparatları İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü Mehdi Şahmoradi ISNA informasiya agentliyinə açıqlamasında deyib.

M.Şahmoradinin sözlərinə görə, dezinfeksiya məhsullarının 60-75%-i spirt əsasında istehsal olunur.

Assosiasiya rəsmisi bildirib ki, İranda gündəlik 200-300 min litr spirt istehsal edilə bilər.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2 522 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini və 552 nəfərin sağaldığını təsdiqləyib.