Indoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ saat 22.23-də qeydə alınıb. Zəlzələnin episentri Bengkulu şəhərindən (Sumatra adası) 141 kilometr məsafədə yerləşib. Zəlzələnin ocaqı 10 kilometr dərinlikdə yerləşirdi.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.