İndoneziyanın Papua əyalətində rixter cədvəli üzrə 5,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, yeraltı təkanların episentri yerin 10 kilometr dərinliyində yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən ay Maluku əyalətində  baş verən rixter cədvəli üzrə 6,8 bal gücündəki zəlzələ zamanı 36 nəfər həyatını itirib.