İndoneziyanın Maluku əyalətində 6,4 bal gücündə zəlzələ baş verib. 

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, ölkənin Seysmoloji Xidmət Mərkəzi zəlzələnin episentrinin Samulaki bölgəsinin 165 kilometr şimal-qərb hissəsində, 11 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Zəlzələ sonrası ölən və yaralananın olmadığı, sunaminin olmayacağı bildirilib. 

Qeyd edək ki, Maluku əyalətində 14 iyulda baş verən gələn zəlzələ nəticəsində 7 nəfər dünyasını dəyişmişdi.