"İnflyasiyanın 2 faizlik hədəfə endirilməsi üçün daha çox faiz artımına ehtiyac var".

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bunu "Yarımillik Pul Siyasəti Hesabatı"nda çıxış edən Federal Ehtiyat Sisteminin sədri Jerome Povell deyib.

Faiz dərəcələri ilə bağlı məsələyə toxunan Povell bildirib ki, Federal Açıq Bazar Komitəsi  (FOMC) bu il faiz dərəcələrinin yenidən iki dəfə artırılmasının məqsədəuyğun olacağı fikrindədir. 

"Komitənin bir çox üzvü ilin sonunda faiz dərəcəsinin artırılmasına ehtiyac olduğunu hesab edir. Ona görə də inflyasiyanı 2 faizə endirmək üçün nə lazımdırsa edəcəyik. Yaxın gələcəkdə faiz dərəcəsinin aşağı düşəcəyi gözlənilmir".