Prezident İlham Əliyev Türkiyənin ilk yerli elektromobili “Togg”un Bakıya gətirilməsindən məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.