Qardaş özbəkistan və Qazaxıstan arasında əlaqələr iqtisadi sahədə güclənir. Şənbə günü Özbəkistan-Qazaxıstan hökumətlər arası əməkdaşlıq komssiyası 18-ci toplantısı baş tutub. İqtisadiyyat.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, toplantıda ümumi dəyəri 1.5 mlrd dollardan çox olan 27 anlaşma imzalanıb.

İmzalanan anlaşmaların ikili ticarət, investisiyalar, yüngül sənaye, nəqliyyat, aqrar və dərman sənayesinndəki əlaqələri gücləndirəcəyi deyilir.

İki ölkənin ictimaiyyət və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutan toplantıda Özbəkistan baş naziri Abdulla Apirov və Qazaxıstan baş naziri Əskər Mamin rəhbərlik edib. Abdulla Apirov, son dövrlər yaranan Özbəkistan-Qazaxıstan Bölgələrarası Forumu və Orta Asiya İqtisadi Forumunun iki ölkə üçün çox böyük önəmlərindən danışıb.

İki ölkə arasında iqtisadi əlaqələrin dinamik şəkildə inkişaf etdiyini deyən Əskər Mamin, “Özbəkistan Qazaxıstanın üçüncü ən böyük ticari ortağıdır” deyib. Ötən il Qazaxıstan və Özbəkistan arsında  xarici ticarət həcmi 50% artımla ilk dəfə 3 mlrd 22 milyon dollar səviyyəsinə qalxıb. İki ölkə 2020-ci ildə bu göstəricini 5 mlrd dollara çatdırmaq niyyətindədir.

Mehman Nəbiyev