“Hökumət Evi”nin inzibati binasında təmir işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, təmir işləri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yerləşdiyi 8-ci mərtəbədə həyata keçiriləcək.

Eyni zamanda bu işlər binanın zirzəmisini də əhatə edəcək.

Təmir işlərini “Construction Business Group” şirkəti həyata keçirəcək və Agentlik bunun müqabilində şirkətə 673.028,33 manat ödəniş edəcək.