Martın 30-da səhər saatlarında Astara rayonunun Çükəş kəndində Hirkan Milli Parkının yaxınlığında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İqtisadiyyat.az-a bildiriblər ki, hadisə yerinə Milli Parkın, Nazirliyin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.