"7-8 aydan sonra Hindistanda ilk hava taksisi peyda olacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "ePlane" şirkətinin qurucusu Satya Çakravarti bildirib.

Onun sözlərinə görə, "e200" adlanan hava taksisi yığcam ölçüsünə görə Hindistanın mürəkkəb relyefdə yerləşən şəhərlərini dəf etməyə qadir olacaq. 

Öz növbəsində, təyyarənin ölçüləri onun məhdud məkanda enməsinə imkan verəcək. S. Çakravarati qeyd edib ki, ilk uçuş bu ilin sentyabr-oktyabr aylarında baş tuta bilər.

Belə bir nəqliyyat vasisəti ilə uçuşların qiyməti "Uber" kimi yerüstü taksi xidmətləri ilə müqayisədə iki dəfə baha olacaq.