Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:

- Xarici işlər nazirinin müavini

- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

- Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

- Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.