Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyədək namizədliyi irəli sürülənlərin sayı açıqlanıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, indiyədək 1048 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

MSK sədri söyləyib ki, onlardan 700 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib.