Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 7 065,3 milyon dollar təşkil edib.

APA xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib. Bildirilib ki, bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,2% azdır. Hesabata əsasən xarici ticarətdə ixrac 12,4% artaraq 2 102,2  milyon dollara çatıb. İdxal isə 4,7% azalaraq 4 963,1 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstanın mənfi ticarət balansı 2 860,9 milyon dollar olub ki, bu da xarici ticarət dövriyyəsinin 40,5%-nə bərabər olub.