Gürcüstanda 3,1 bal gücündə zəlzələ baş verib.

"Yeni Sabah" bildirir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:18-də qeydə alınıb. Zəlzələnin episentri Ninotsminda rayonunun Satxe kəndi yaxınlığında olub.