2019-cu ilin ikinci rübündə Gürcüstanda Ümumdaxili Məhsul 11 026.3 milyon lari təşkil edib.  

İqtisadiyyat.Az apa.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabata əsasən, bu ölkədə ÜDM illik müqayisədə 4,5%, ÜDM deflyatoru isə 3,8% artıb.

Əsas artımlar daşımalar (17,9%), daşınmaz əmlak, kirayə və biznes fəaliyyətləri (16,9%), hotel və restoran xidmətləri (14,1%), elektrik, qaz və su təchizatı (11,5%) və kommunikasiya (10,8%) sahələrində qeydə alınıb.