Gürcüstan həkimləri ölkədə yeni koronavirusa yoluxma ilə bağlı ikinci faktı aşkar ediblər.

TASS agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze keçirdiyi brifinqdə bildirib.

Gürcüstan vətəndaşının İtaliyada virusa yoluxduğu bildirilir.

“Onun vəziyyəti qənaətbəxşdir”, - deyə A.Qamkrelidze qeyd edib.

Onun sözlərinə görə, hazırda epidemioloqlar koronavirusa yoluxan şəxsin ünsiyyətdə olduğu bütün insanları, o cümlədən Gürcüstana uçduğu təyyarənin sərnişinlərini və hava limanının gömrük işçilərini yoxlayırlar.

Gürcüstanda daha 25 nəfərin yeni koronavirusa yoluxma ehtimalı da yoxlanılır. A.Qamkrelidze virusa yoluxan insanların sayının arta biləcəyini istisna etmir.

Qeyd edək ki, Gürcüstanda ilk koronavirus infeksiyası fevralın 26-da aşkarlanıb. Virus İrandan Azərbaycan vasitəsilə ölkəyə qayıdan bir vətəndaşda tapılıb.