Ötən ay Gürcüstanda ÜDM-in real artım tempi 5,8% təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. 

Bu ilin ilk səkkiz ayı ərzində isə qonşu ölkədə ÜDM-in orta artım tempi isə 5%-ə bərabər olub.

İyul ayı ilə müqayisədə Gürcüstanda iqtisadi artımda 0,3% azalma qeydə alınıb.

Avqustda tikinti, nəqliyyat, sosial və digər xidmət və fəaliyyətlərdə, ticarət, istehsal, hotel və restoranlar sahəsində artım olub. Dağ-mədən sənayesi, elektrik enerjisi, qaz və su təminatı sahələrində isə azalma qeydə alınıb.