Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində dizel tipli yanacağın qiymətində bahalaşma olub.

İqtisadiyyat.Az apa.az-a istinadən xəbər verir ki, qiymət artımı təxminən 2-6 tetri təşkil edib. Benzinin və sıxılmış qazın qiymətlərində isə artım qeydə alınmayıb. 

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi qiymət artımının beynəlxalq bazarlardakı artımla əlaqəli olduğunu açıqlayıb.