Bu barərə ONA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

İdarə “Gözləmə” menyusunda növbəlilik funksiyasının hansı məktəblərə şamil edilməsinə də aydınlıq gətirib. Belə ki, 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər “Gözləmə” menyusu vasitəsilə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün növbəyə yazıla bilərlər.

Bildirilib ki, I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş məktəblər üzrə valideynin növbəyə yazılması üçün aktivləşir.

“Gözləmə menyusu” vasitəsilə növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər (qanuni nümayəndələrin) yazıla bilir. Valideyn növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər, ancaq yerləşdirdiyi sorğuya uyğun ərizəni çap edən zaman, onun növbəsinin silinməsi barədə valideynə bildiriş çıxır.

Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə “Gözləmə menyusu” nə vaxt aktivləşməsinə gəlincə, BŞTİ nəzərə çatdırır ki, yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul üstünlük hüququ əsasında aparılır. Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarında, o cümlədən  həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində üstünlük hüququ əsasında şagird qəbulu aprılmır.