Goranboyda kənd təsərrüfatının əsas sahələrindən olan baramaçılığın inkişafı üçün işlər görülür.

Respublikamızın hər yerində olduğu kimi, Goranboy rayonunda da "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur.

Ötən il  rayonda 9 ton 807 kiloqram barama istehsal edilib.

Bu, əvvəlki ildəkindən  7 min 637 kiloqram çoxdur. Bu il isə 375 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olan 250 kümçüyə paylan;b.

Cari ildə rayonun 47 yaşayış məntəqəsində ipəkqurdu bəslənir, 20 ton barama istehsalı gözlənilir. Kümçülərin əhval ruhiyyəsi yüksəkdir.