Fransada ibtidai və orta məktəb müəllimləri iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə yenidən tətil edəcəklər.

İqtisadiyyat.az Fransa mətbuatına istinadən xəbər verir ki, müəllimlərin fevralın 6-da tətil edəcəkləri bildirilib.

Məlumatda iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması, eləcə də yeni təhsil qaydaları ilə bağlı tələblərin dilə gətiriləcəyi qeyd olunub.

Qeyd edək ki, hökumətin təhsil siyasətinə reaksiya verən müəllimlər fevralın 1-də tətilə çıxıblar. Bir çox şəhərlərdə ibtidai və orta məktəb müəllimlərinin tətildə iştirak nisbəti paytaxt Parisdə 65%, Val-de-Marn, Drom, Ardeche və Pireney şəhərlərində isə 50% olaraq qiymətləndirilib. Fransa Təhsil Nazirliyinin məlumatına görə, bütün ölkə üzrə tətillərdə iştirak nisbəti 20,26% təşkil edib.